İnsanlara hürriyət, millətlərə istiqlal!

Respublikaçı senator Trampa çağırış etdi: Prezident olmaq sevdasından əl çək!

Respublikaçı Senat üzvü Bill Kessidi keçmiş prezident Donald Trampı 2024-cü ildə Ağ Ev uğrunda yarışdan əl çəkməyə çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Senatorun fikrincə, Trampın ümumi seçkilərdə Demokratik prezident Co Baydenə qalib gəlmək şansı yoxdur.

Qeyd edək ki, Kessidi Trampa qarşı impiçment məsələsində Senatda onun əleyhinə səs verən 7 senatordan biridir.

Onun sözlərinə görə, Trampa qarşı hazırlanan cinayət işi demək olar ki, doğrudur və seçicilər “hər hansı cinayətdə mühakimə olunmuş bir adamı” seçməz.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR