Onlayn ictimai-siyasi qəzet
"Bu il böyük işlər gördük, yeni mövsümdə daha da güclənib inkişaf edəcəyik".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun final matçında “Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, bu gün "Qarabağ"ın qarşısında çox istəkli komanda var idi.
"Zirə"nin oyunçuları sonadək bizə şərait yaratmadılar. Komanda yaxşı mövsüm keçirib. Azərbaycan Kubokunun finalında yaxşı oyunla mövsümə damğa vurduq. Həm çempion, həm də kubokun sahibi olduq. Çalışırıq ki, əlimizdən gələni edək”.//Lent.az
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ