İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban Qurbanov: Kadi Borgesin “Qarabağ”da olmasını istəyərəm

“Kadi Borgesin “Qarabağ”da olmasını istəyərəm”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov braziliyalı futbolçunun Ağdam təmsilçisinə mümkün qayıdışı ilə bağlı danışarkən deyib.

“Azarkeşlər də bunu arzulayır. Amma bəzən bizdən asılı olmayan səbəblər olur. Ola bilər ki, nə vaxtsa komandamıza qayıtsın”, - deyə təcrübəli mütəxəssis vurğulayıb.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, cari mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR