Onlayn ictimai-siyasi qəzet
"Qarabağ"ın gələn həftə çox vacib oyunu var "Dinamo" ilə.
Çempionlar Liqasında mövsümün bəlkə də son 90 dəqiqəsini keçirəcəklər.
Zaqrebdən 0:3 hesablı məğlubiyyətlə dönmüş komandada böyükdən kiçiyə hamı cavab qarşılaşmasını fikirləşir.
Burada kimisə fərqləndirmək olmaz, hər kəs "Dinamo"dan revanş almağı arzulayır.
"Qarabağ" dünən o düşüncələr altında Premyer Liqada üçüncü oyununa çıxdı. Qurban Qurbanov, gözlənildiyi kimi, yenə rotasiyaya getmişdi, qarışıq heyətə güvənmişdi.
65-ci dəqiqəyə kimi belə davam etdi. eyni dəqiqədə Zubir, Juninyo və Benzianı meydana atdı, bir qədər sonra da oğlu Musanı onlara qoşdu.
Bütün bu əvəzləmələr "Qarabağ"ın oyununu gücləndirmədi. Güc itirmək istəmədilər.
Özlərini "Dinamo"ya saxladılar. Zədədən qorundular.
"Turan"ın üzərinə ürəklə getmədilər, az epizod yaxaladılar. Yarı güclə mübarizə apardılar, belədə qonaqların müdafiə xəttini yarmaq mümkün olmadı.
Doqquz nəfərlə arxaya çəkilmiş "Turan"ın qapısına yol tapmaq üçün nə etmək lazım idi, bunu Qurbanov bilirdi.
Sadəcə, o, əlindəki son "kozırla"ı "Dinamo"ya açıb göstərmək istəmədi, nəticədə 0:1 hesablı məğlubiyyət qeydə alındı. (sportinfo)
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ