İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban bayramı ərəfəsində heyvan bazarnda son vəziyyət - VİDEO

Qurban bayramı ərəfəsində heyvan bazarında canlanma olsa da, satıcılar alıcı qıtlığından gileylənir.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, ət kəsimi ilə məşğul olan digər bir satıcı isə deyir ki, ötən illə müqayisədə bu il xırdabuynuzlu heyvanların sayı kifayət qədərdir.

Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 126 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.

Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.

Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraqqurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR