İnsanlara hürriyət, millətlərə istiqlal!

Qondarma ordunun qara cinayəti – Ermənistan sabiq nazir müavinini özününkülər qətlə yetiribmiş!

Musavat.com xəbər verir ki, Ermənistanda 1998-ci ildə sirli şəkildə qətlə yetirilmiş sabiq müdafiə nazirinin müavini Vaqram Xorxoruninin ölümü ilə bağlı sensasion detallar üzə çıxıb. Ermənistan İstintaq Komitəsinin yaydığı rəsmi məlumata əsasən, cinayət hadisəsi nəinki şəxsi münaqişə, hətta maddi maraq zəminində törədilib – həm də bunu törədənlər erməni silahlı birləşmələrinin üzvləri olub!

Cinayət necə baş verib?

Dekabrın 10-da, 1998-ci ildə, Ermənistan hərbi rəhbərliyində mühüm fiqurlardan biri hesab edilən Vaqram Xorxoruni planlı şəkildə öldürülüb. Hadisə üzrə istintaq müəyyən edib ki, bu qətlin təşkilatçısı və icraçısı S.A. adlı şəxs olub. Cinayət zamanı istifadə olunan odlu silah da qanunsuz əldə edilərək saxlanılıb.

Şok fakt: qatil və qatillər “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun üzvləri imiş!

İstintaqın yaydığı məlumata görə, qətldə iştirak edən digər şəxslər – X.N. və A.A. da daxil olmaqla – hadisə baş verən dövrdə qondarma Dağlıq Qarabağ rejiminin “ordusunun” hərbçiləri olublar. Bu fakt, illərlə Ermənistan tərəfindən “qəhrəmanlıqla” təbliğ olunan separatçı silahlı birləşmələrin əslində cinayət yuvası olduğunu bir daha sübut edir.

S.A. artıq həbs edilib, digər şəxslərlə bağlı istintaq davam etdirilir. İttihamlar qəsdən adamöldürmə, qanunsuz silah saxlama və cinayətkar qrupda iştirak maddələri ilə irəli sürülüb.

Aşağıda gördüyünüz şəkil mərhum Vaqram Xorxoruniyə məxsusdur – Ermənistanın hərbi elitasında yüksək mövqe tutan bu şəxs, öz komanda yoldaşları tərəfindən arxadan vurulub…

Bu hadisə erməni separatizminin iç üzünü, qondarma rejimlərin daxili çürüməsini və cinayət şəbəkələri ilə iç-içə olduğunu göstərən tarixi faktlardandır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR