İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılcanın müalicəsi yoxdur, yeganə qorunma yolu... – XƏBƏRDARLIQ

“Qızılcanın müalicəsi yoxdur, yeganə qorunma yolu peyvənddir”.

Musavat.com bildirir ki, bu barədə Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Qeyd olunub ki, sözügedən xəstəlik uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalır:

“2021-ci ildən başlayaraq qızılcaya qarşı peyvəndin əhatə dairəsinin azalması nəticəsində 2022-ci ildə qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb. Qızılcaya qarşı peyvəndləmə əhatəsi 95 %-dən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. Bu xəstəlik 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir”.

Qurum qeyd edib ki, qızılca uşaqlarda pnevmoniya, beyin iltihabına səbəb ola və ölümlə nəticələnə bilər: “Qızılcaya qarşı peyvənd ən effektiv peyvəndlərdən biridir. 2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97% effektivdir”.

Xatırladaq ki, 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR