İnsanlara hürriyət, millətlərə istiqlal!

Qışda papaqsız gəzmək keçəlliyə səbəb olur

Rusiyalı trixologiya üzrə mütəxəssis, həkim İrina Kotova soyuq havaların, şaxta və temperatur dəyişməsinin saç köklərinə necə təsir etdiyi barədən danışıb. Onun sözlərinə görə, soyuq havalar saç diblərinə mənfi təsir edir, nəticədə saçlar incələnir və tökülür.

Məlumata görə, qış aylarında saçlar lazımi miqdarda qida qəbul etmir və zəif uzanır. 

Mütəxəssis bildirib ki, xüsusilə kişilərdə keçəlliyin ümumiyyətlə genetik bir meyldir. O, bu prosesin nə zaman meydana gəlməsinin insanın qışda papaq geyinib geyinməməsindən asılı olduğuna da diqqət çəkib.

Havalar çox soyuduğu və follikullar zədələndiyi təqdirdə bu vəziyyətin saç tökülməsi və incəlmə prosesinin başlaması üçün bir növ tətik rolunu oynaya biləcəyini vurğulayan mütəxəssis, soyuqdan istiyə ani keçidlərdə vazospazmın meydana gəldiyini bildirib. Bu zaman dərinin qidalanması pozulur, saç kökləri də daxil olmaqla saçlar kifayət qədər qida ala bilmir və bu da keçəlləşməyə səbəb olur.//Lent.az
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR