İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan səhəri atışmalarla açdı: Terrorçu məhv edildi - VİDEO

Qırğızıstanın Çuy vilayətinin Dmitriyevka kəndi bu səhəri atışmalarla açıb. Belə ki, qadın mədrəsəsində gizlənən silahlı dəstə ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma olub.

BAKU.WS Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, hazırda ərazidə Qırğızıstan MTN və Daxili İşlər Nazirliyi xüsusi əməliyyat keçirir.

Qeyd olunur ki, komandolar müqavimət göstərən silahlı terrorçunu məhv ediblər.

Onun meyiti mikroavtobusla daşınıb.

Hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb.

Həmçinin Dmitrievka kəndinə gedən yol hər iki tərəfdən bağlanıb.

Məlum olub ki, məhv edilmiş terrorçu üç gün əvvəl Oşdan Dmitriyevka kəndinə gəlib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR