İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri bu töhfələri verəcək... "

 

"Qırğızıstan prezidenti Sadır Japarovun Azərbaycana səfəri iki ölkə arasındakı əməkdaşlığa və türk dövlətləri arasındakı inteqrasiyaya töhfə verəcək".

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

"Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekə səfər edərək Qırğızıstan prezidenti ilə görüşmüşdü. Türk inteqrasiyasının nüvəsini Türkiyə-Azərbaycan ittifaqı təşkil edir. Qazaxıstan və Özbəkistanın türk ittifaqına marağı artıb. Astana və Daşkənd Moskva və Pekinlə sıx münasibətlərə malik olsalar da, xarici və təhlükəsizlik siyasətini şaxələndirməyin doğru olduğu qənaətindədirlər. Qırğızıstan da bu prosesdə geri qalmaq istəmir.

Qırğızıstan Özbəkistan və Qazaxıstan qədər imkanlı dövlət olmasa da, Bişkek Astana və Daşkənd kimi Qarabağda əlini daşın altına qoymağa qərar verib, Ağdamın Xıdırlı kəndində məktəb binasının tikintisini həyata keçirəcək",- deyə politoloq vurğulayıb.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR