Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə kiçik, orta və böyük qrant müsabiqələri elan edib.
APA xəbər verir ki, hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2024-cü il noyabrın 25-də başlanacaq. Müraciət üçün son tarix 25 dekabr 2024-cü ildir. Bundan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2025-ci ilin I rübü ərzində elan olunacaq.
Qrant məbləğlərinin yuxarı həddi və icra müddəti:
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin analitik qrupu 2025-ci il cəmiyyət həyatında mühüm yer tutacaq ən aktual mövzuları prioritetləşdirib.
Müsabiqələr aşağıdakı kateqoriyalar üzrə mövzuları ehtiva edir:
(ideoloji təxribatlara qarşı profilaktika, zərərli xarici təsirlərə qarşı sayıqlılığın artırılması, uşaqların və gənc nəslin milli ruhda tərbiyəsinə, yüksək ənənəvi dəyərlərin qorunmasına dair təşəbbüslərə üstünlük verilir);
(Ekoloji yönümlü mövzulara (hidrotəhlükəsizlik və s.), COP29-un qlobal mirasına dair beynəlxalq təşəbbüslərə üstünlük verilir);
(xarici QHT-ləri tərəfdaşlığa cəlb etməklə xarici ölkələrdə konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, birgə hesabatların hazırlanması və yayılmasına dair təkliflərə, Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə dair təşəbbüslərə üstünlük verilir);
(Qarabağ və Şərqi Zəngəzurun potensialından səmərəli istifadəyə, Böyük Qayıdış nəticəsində doğma yurdlarına dönmüş və qayıtmağa hazırlaşan sakinlərlə işə, azərbaycanlı itkin, əsir və girovların taleyi ilə əlaqədar təşəbbüslərə, onların ailələri ilə işə, dünyanın müxtəlif ölkələrində bu kateqoriyadan olan şəxslərin hüquq və azadlıqlarının birgə müdafiəsinə dair təkliflərə, işğaldan azad edilmiş ərazilərin mina və PHS-dan təmizlənməsinə dəstək təkliflərinə, bu barədə əhalinin maarifləndirilməsi tədbirlərinə, mina qurbanları, onların ailələri ilə işə, BMT-nin Davamlı İnkişaf Məqsədlərindən biri kimi “minasız dünya”nın müəyyənləşdirilməsi istiqamətində təşəbbüslərə üstünlük verilir);
(şəhid ailələri və müharibə iştirakçıları, veteranları ilə iş, hüquqi və psixoloji xidmətin təşkili, Azərbaycan Respublikasının istiqlaliyyətinin, ərazi bütövlüyünün və suverenliyinin bərpası prosesinin təhlilinə dair təşəbbüslərə üstünlük verilir);
(narkomaniya, tütünçəkmə, artıq çəki, yoluxucu xəstəliklər ilə mübarizə, velosipedlərdən istifadənin təbliği, yol hərəkətinin təhlükəsizliyi, sürücülük mədəniyyətinin yüksəldilməsinə dair təşəbbüslərə üstünlük verilir);
(Erkən nikah, məişət zorakılığı, insan alverinə qarşı mübarizəyə, qadınlar, ahıllar, fiziki məhdudiyyətli şəxslər, aztəminatlı ailələr ilə işə, məşğulluq probleminin (xüsusilə qadınların məşğulluğunun) və digər sosial-iqtisadi məsələlərin həllinə yönəlmiş təşəbbüslərə üstünlük verilir);
(Yuxarıda qeyd olunan kateqoriyalar üzrə mövzulardan kənarda qalan, milli, ictimai, beynəlxalq əhəmiyyətli digər bütün təşəbbüsləri əhatə edir. Təhsil, mədəniyyət, vicdan azadlığı, ana dilinin saflığının qorunması, korrupsiyaya qarşı mübarizəyə, ictimai nəzarətin təşviqinə dair beynəlxalq əhəmiyyətli təşəbbüslərə üstünlük verilir)
Qeyd edək ki, artıq ötən ildən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lərin müsabiqələrə layihə təklifi üçün mövzu seçiminə sərbəst mövzu bölməsi də əlavə edir. Bu o deməkdir, QHT elan edilmiş mövzu istiqamətlərindən kənarda - özünün aktual hesab etdiyi milli, ictimai və beynəlxalq əhəmiyyətli istənilən mövzuda layihə təklifi ilə çıxış edə bilər.
Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:
- Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları və Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli 237 və 238 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;
- Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;
- QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;
- Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Agentlik tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri.
QHT-lər layihə təkliflərini Agentliyin saytında (www.ngoagency.gov.az) xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim etməlidir, müvafiq bölmə 2024-cü il noyabrın 25-dən dekabrın 25-dək Agentliyin saytında aktiv olacaq. Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə baxılmayacaq.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ