Onlayn ictimai-siyasi qəzet
Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının bölmələrinə qarşı döyüş əməliyyatları zamanı İsrail Müdafiə Qüvvələrinin (İDF) 7 əsgəri həlak olub. Musavat.com xəbər verir ki, məlumatı İDF-nin sözçüsü açıqlayıb.
Bildirilir ki, Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində zirehli transportyorun partlaması nəticəsində 7 əsgər həlak olub, daha biri ağır yaralanıb. İDF sözçüsü bildirib ki, onların hamısı Barak briqadasının 605-ci döyüş mühəndisi batalyonunda xidmət edib. Bu məlumatları nəzərə alsaq, Yaxın Şərqdəki münaqişənin yeni raundu zamanı həlak olan İsrail əsgərlərinin sayı artıq 878-ə çatıb.
Musavat.com
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ