Onlayn ictimai-siyasi qəzet
Qəzza zolağının bərpası üçün 53,142 milyard dollar həcmində vəsaitə ehtiyac var.
Musavat.com xəbər verir ki, bu qiymətləndirmə BMT-nin baş katibi Antonio Quterreşin hesabatında yer alıb.
Hesablamalara görə, təkcə ilk üç ildə təxminən 20,568 milyard dollar tələb olunacaq. Ən böyük xərclər mənzil sektorunda (15,2 milyard dollar), ticarət və sənayedə (6,9 milyard dollar), səhiyyədə (6,9 milyard dollar), kənd təsərrüfatında (4,2 milyard dollar) və təhsildə (2,6 milyard dollar) gözlənilir.
Sənəddə kəskin humanitar vəziyyətə də işarə edilir: yaşayış binalarının 60 faizindən çoxu, yolların 65 faizi, məktəblərin 88 faizi dağılıb. İşsizlik 80 faizə çatıb və 1,9 milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşüb. Hesabat beynəlxalq ictimaiyyəti Fələstin anklavını bərpa etmək və regionda davamlı inkişaf şəraiti yaratmaq üçün təcili olaraq maliyyə və texniki yardım göstərməyə çağırır.
Musavat.com
12 Fevral 2025
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ