İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzada ölən müəllim imiş - FOTO

Yardımlı rayonunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı bir müəllim dünyasını dəyişib, digəri ağır xəsarət alıb.

Musavat.com bildirir ki, hadisə Yardımlı-Arvana yolunun 12-ci kilometrliyində baş verib. Şəhid N.H.Cəbiyev adına Çayüzü kənd tam orta məktəbinin direktor müavini Cavid Əliyevin idarə etdiyi avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişin, Çayüzü kənd tam orta məktəbinin ibtidai sinif müəllimi, 1987-ci il təvəllüdlü Nahid İmanov dünyasını dəyişib, onun müəllim yoldaşı isə ağır xəsarətlər alıb.

Rayonda böyük nüfuz sahibi olan, ölümü ilə onu tanıyan hər kəsi sarsıdan Nahid İmanovun 3 azyaşlı övladı var.

Allah rəhmət eləsin! Yaralı müəllimə şəfa diləyirik!



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR