İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qərbi Azərbaycandan olanlar, hindlərin bir məsəli var, ondan çıxış etməlidirlər” - Sahib Alıyev

“Cənab İlham Əliyevin doğum günüdə Qərbi Azərbaycana qayıdaçağımıza bağlı dedikləri mənin yadıma Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin 2021-ci ildə Ukrayna telekanallarından birində Azərbaycanın işğal altındakı torpaqlarını necə azad etdiyinə aydınlıq gətirərkən dediklərini saldı. Saakaşvli bildirirdi ki, bir dəfə Strasburqdan cənab İlham Əliyevlə birgə geri dönürlərmiş və o, Abxaziyanın üstündən uçanda oranı aydın görmək üçün təyyarənin bir az aşağı enməsini xahiş edib. Onda Azərbaycan Prezidenti işğal altındakı torpaqlarımızı azad etmək üçün dayanmadan çalışmaq, çalışmaq və çalışmaq lazım gəldiyini deyib”.

Bu fikirləri Musavat.com-a deputat Sahib Alıyev dövlət başçısının Qərbi Azərbaycan İcmasının ofisində keçirilən görüşdə səsləndirdiyi fikirlərə reaksiyasında söyləyib. Deputat Gürcüstanın eks-prezidentinin dedikləri ilə bağlı çıxardığı qənaəti də bölüşüb: “Yəni Saakaşvilinin diqqətinə çatdırılıb ki, burada sentimentallıq olmamalıdır, biz öz torpaqlarımızı təyyarənin illüminatorundan izləmək yox, onu geri qaytarmaq, üzərində gəzmək haqda düşünməli, qarşımıza belə bir məqsəd qoymalı və heç bir tərəddüd etmədən ona doğru irəliləməliyik. Açığı, cənab Prezidentin işğal altındakı torpaqlarımızı qaytarmaqla bağlı o zaman Saakaşviliyə söylədikləri nəzəri baxımdan düz təsir bağışlasa da, reallaşdırılması müşkül və hətta mümkünsüz görünürdü. Amma o göstərdi ki, böyük dövlətlər əlehinə olduğu halda belə, qarşına qoyduğun məqsədə çatmaq mümkündür”.

S.Alıyev qeyd edib ki, indi həmin şəxs öz doğum günündə böyük əminliklə bizim Qərbi Azərbaycandakı dədə-baba torpaqlarımıza qaydacağımızın anonsunu verirsə, demək, elə də olacaq: “Axı, bunu elə-belə adam yox, özü də xatırlatdı, torpalqarımız hələ işğal altında olduğu zaman doğum günlərində bizim Qarabağdan və Şərqi Zəngəzurdan olan soydaşlarımızla görüşdə tezliklə onların öz yurd yerlərinə dönəcəklərini bildirən və bunu reallşadıran bir lider bildirir. Amma onun üçün də Prezidentimizin təbrincə desək, çalışmaq, çalışmaq və çalışmaq lazımdır. Özəlliklə də Qərbi Azərbaycandan olanlar hindlərin bir məsəli var, ondan çıxış etməlidirlər. Həmən məsəldə deyilir ki, torpaq bizə babalarımızdan qalan miras deyil, uşaqlarımıza borcumuzdur. Yəni mirasla necə istəyirsən davrana bilərsən, borcu isə qaytarmaq lazımdır. Və torpaq borcu elə borcdur ki, onu qaytarmamaq sənə halal edilə bilməz, edilməməlidir də”.

Elşad,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR