İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb öz pilotlarını Ukraynaya göndərmək istəmir

Ukrayna hərbi hava qüvvələrinin pilotlarına bu tip təyyarələri idarə etmək üçün təlim keçərkən Qərb dördüncü nəsil F-16 qırıcılarını döyüşlərdə iştirak etmək üçün Ukraynaya göndərməyi düşünmür.

Musavat.com xəbər verir ki, bu barədə “The Times” qəzeti ABŞ müdafiə sənayesindəki yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

“F-16-nın düzgün şəkildə uçması üçün tələb olunan təlim və ixtisasları nəzərə alsaq, bunun çox real olduğunu düşünmürəm”, - mənbə bildirib.

Bu sözlərlə o, ABŞ-dan olan bəzi ekspertlərin orduda xidmətini dayandıran pilotların Ukrayna ərazisinə göndərilməsi ilə bağlı təklifinə münasibət bildirib.

Öz növbəsində, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov "The Times" qəzetinə müsahibəsində bu təşəbbüsü alqışlayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR