İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevanın EKSKLÜZİV GÖRÜNTÜLƏRİ: Ölümündən cəmi 11 gün əvvəl... - VİDEO

Mərhum millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın ölümündən 11 gün öncə lentə alınmış görüntüləri üzə çıxıb.

Musavat.com xəbər verir ki, Q. Paşayeva sentyabr ayının 17-də "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlunun övladının toyunda iştirak edib. Video bu zaman lentə alınıb.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva sentyabr ayının 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb. Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Musavat.com Qənirə Paşayevanın son rəqsi sayılan eksklüziv görüntüləri təqdim edir. Allah rəhmət etsin. Heç zaman unudulmayacaq...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR