Onlayn ictimai-siyasi qəzet
Suriyada ümumi səfərbərlik elan olunduqdan sonra yerli tayfalar qəhvəni yerə tökərək içilməsini haram elan ediblər.
Musavat.com xəbər verir ki, bu qadağa bütün vilayətlər, o cümlədən Suveyda yenidən Dəməşq hökumətinin nəzarətinə keçənədək qüvvədə qalacaq.
Qeyd edək ki, bu tayfaların mədəniyyətində qəhvənin yerə tökülməsi qəzəb və intiqam nişanəsi, onu içməkdən imtina isə barış və atəşkəsdən boyunqaçırma rəmzi hesab olunur.
Musavat.com
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ