Onlayn ictimai-siyasi qəzet
Qəbələdə bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, gecə saatlarında Qəbələ rayonunun Laza kəndi ərazisində Mehran Həsənovun idarə etdiyi “QAZ-3110” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, nəqliyyat vasitəsindəki sərnişin Maarif Xasıyev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
28 Sentyabr 2024
27 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ