Onlayn ictimai-siyasi qəzet
"Qazprom" 2024-cü ildə regionların qazlaşdırılması və əlavə qazlaşdırılmaya 270,3 milyard rubl sərmayə qoyacaq.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd edilir ki, bu rəqəmlər 2023-cü illə müqayisədə 33,5 milyard və ya 14,1% çoxdur və bu sahəyə rekord illik sərmayədir.
Bu vəsait hesabına "Qazprom" 700-ə yaxın yaşayış məntəqəsini qazlaşdırmağı planlaşdırır - bu, bir il əvvəlkindən 1,7 dəfə çoxdur. 2024-cü il yanvarın 1-nə Rusiyada qazlaşdırmanın səviyyəsi 73,8% təşkil edib.
“Qazprom”un məlumatına görə, bu, ölkədə texniki cəhətdən mümkün olan şəbəkənin qazlaşdırılmasının 89%-nə uyğundur.
Afaq,
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ