İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın teleradio kanallarında dövlət dilində daha çox kontent olacaq

2025-ci ildən Qazaxıstanın teleradio kanallarında yayılan kontentlərin ümumi həcminin ən azı 55 faizi dövlət dilində olmalıdır.

Musavat.com xəbər verir ki, Qazaxıstan parlamentinin mətbuat xidmətindən verilən məlumata görə, yerli televiziya və radio proqramlarının ümumi kontenti 2027-ci ildən 60 faizə çaatmalıdır. Bu tələb “Kütləvi informasiya vasitələri haqqında” qanunla nəzərdə tutulub.

Yerli televiziya və radio kanallarının həftəlik yayım həcmində xarici televiziya və radio kanallarının televiziya və radio proqramlarının təkrar yayımı, əksinə, 20 faizdən 10 faizə endiriləcək.

Bundan əlavə, dövlət televiziya və radio kanallarının məhsullarının ictimai nəqliyyatda yayımını təmin etmək və ona nəzarət etmək səlahiyyəti rayonların, respublika əhəmiyyətli şəhərlərin və paytaxtın administrasiyalarına həvalə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR