İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın səhiyyə naziri qəza yerinə 14 təcili yardım briqadasının göndərildiyini açıqladı

Qazaxstanın səhiyyə naziri Akmaral Əlnəzərova "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktauda qəzaya uğramasına münasibət bildirib.

Musavat.com Qazaxstan mediasılna istinadla xəbər verir ki, səhiyyə naziri deyib ki, hadisə yerinə təcili yardım briqadaları göndərilib:

“Qəza yerinə 14 təcili yardım briqadası göndərilib, xüsusi qərargah yaradılıb. Qəza yerində nazir müavini görülən işləri koordinasiya edir. Yaralılara qəza yerində yardım göstərilməsi üçün ora travmatoloqlar, neyrocərrahlar və digər istiqamətlər üzrə həkimlər göndərilib”.

Səhiyyə naziri lazımi tədbirlərin görüldüyünü qeyd edib.

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Bu barədə AZAL məlumat yayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR