İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın Rusiyaya ixracı kəskin artıb

2023-cü ilin 6 ayı ərzində Qazaxıstanın Rusiyaya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyard dollar artaraq 4,93 milyard dollara çatıb.

Musavat.com Qazaxıstanın Milli Statistika Bürosuna istinadən xəbər verir ki, ötən ilin altı ayında Qazaxıstandan Rusiyaya 3,57 milyard dollarlıq mal və məhsul ixrac olunmuşdu.

İlk yarım ildə Qazaxıstanın Rusiyadan idxalında isə azalma var. Belə ki, bu dövrdə idxal 7,78 milyard dollar təşkil edib. Bu, ötən ilin eyni dövründəki 8,68 milyard dollarlıq idxaldan 900 milyon dollar azdır.

Büronun məlumatında qeyd olunur ki, altı ayda Qazaxıstanın Avrasiya İqtisadi İttifaqı ilə ticarət dövriyyəsinin həcmi ötən ilkindən 4,1 faiz çox – 13 milyard 843,1 milyon dollar təşkil edib. Bu zaman ixrac 36,8 faiz artmaqla 5 milyard 430,1 milyon dollar, idxal isə 9,9 faiz azalmaqla 8 milyard 423 milyon dollar olub.

Qeyd edək ki, Qazaxıstanın adı Rusiyaya qadağan olunmuş malların ikili idxalında iştirak edən ölkələr sırasındadır. Bir neçə dəfə ABŞ və Avropa İttifaqından ölkəyə bununla bağlı xəbərdarlıq edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR