İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda “prava verənlər”i nəzarətə götürüblər

Qazaxıstanda korrupsiyaya qarşı monitorinqdən sonra sürücülük vəsiqələri üçün imtahanların verilməsi qaydaları dəyişdirilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, korrupsiyaya qarşı aparılan monitorinqlər zamanı avtomobillərin qeydiyyata alınmasında və sürücülük vəsiqələrinin verilməsində neqativ hallar müəyyən edilib.

İnformasiya sistemlərinin təhlükəsizliyi, proseslərin kifayət qədər rəqəmsallaşdırılmaması, avtonəqliyyat vasitələrinin qeydiyyatı prosedurunun təkmilləşdirilməməsi, imtahanların verilməsində hüquqi boşluqlar, sürücülük məktəblərində formal hazırlıq – bütün bu amillər qanunsuz vasitəçilik xidmətlərinin yaranmasına səbəb olub.

Monitorinqin nəticələrinə əsasən, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən səlahiyyətli dövlət orqanlarına 22 təklif göndərilib.

Tövsiyələrin yarıdan çoxu bu günə kimi yerinə yetirilib.

Daxili İşlər Nazirliyi bütün ərazi bölmələrində nəqliyyat vasitələrinin məlumat bazasının yenilənməsinə girişi bağlayıb.

“Bundan başqa, daxili işlər nazirinin əmri ilə sürücülük vəsiqələrinin verilməsi proseduru tətbiq edilib: imtahan verənlərin məcburi biometrikası, bütün imtahan prosesinin videoçəkilişi, imtahanların təkrar qəbulu qaydaları dəyişdirilib”, – Antikorrupsiya idarəsinin açıqlamasında bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR