İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxda mikroavtobus qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb

Qazaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon Kəmərli kənd ərazisində "QAZel" markalı mikroavtobus minik avtomobilinin anidən qarşısına çıxması səbəbindən idarəetmədən çıxıb və yol kənarındakı arxa düşüb.

Qəza nəticəsində 7 nəfər - Əhmədov Səməd (2005) Lenanov Elçin (2005), Həsənova Ülviyyə (2001), Həkimova Cəmalə (1988), Rəhimova Şəfiqə (2004), Məmmədova Solmaz (2006), Muradova Nurlanə (2002) xəsarət alıb.

Onlar Qazax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəsarət alanlardan birinə ambulator müalicə göstərilib. Daha 6 nəfərin müalicəsi isə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR