İnsanlara hürriyət, millətlərə istiqlal!

Qasım Süleymaninin posterləri yandırıldı - VİDEO

Qasım Süleymaninin ölümünün 3-cü ildönümündə etirazçı xalq İranın müxtəlif şəhərlərində posterləri yandırıblar. 

Musavat.com xəbər verir ki, bu barədə telegram kanallarında videolar paylaşılıb.

Paytaxt Tehranda və Ərdəbil şəhərində Qasım Süleymaninin posterləri etirazçılar tərəfindən yandırılıb. 

 

Musavat.com bildirir ki, İran ordusunun general-mayoru, ABŞ -ın təhlükəli terrorçular siyahısında ən öndə olan Qasım Süleymani İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı idi. O, 1998-20-ci illər arasında İranın xaricində keçirilən bütün gizli əməliyyatların, terror və təxribatların icrasında əsas rol alan Qüds qüvvələrinin də komandanı idi. Suriyada prezident Bəşər Əsəd tərəfindən döyüşən könüllüləri məhz Süleymani toplayırdı. 2014-2015-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli şiə qüvvələrinə (Həşdi Şabi) koordinasiya və istiqaməti, real rəhbərliyi də o həyata keçirdib.

Qasım Süleymani İranın mollakratiya rejiminin hərbi gücünün simvolu idi. Etirazçıların onun posterlərini yandırması bu simvolun sındırılması anlamına gəlir.

Qasım Süleymani 3 yanvar 2020-ci ildə Bağdad Beynəlxalq hava limanında pilotsuz təyyarələrlə təşkil olunan hücum nəticəsində öldürülüb.

 

Musavat.com 

Tehran

Ərdəbil

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR