İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" və "Neftçi"nin olduğu yerdə iddialı açıqlama: "Hər şey mümkündür"

Musavat.com-un xəbərinə görə, "Şamaxı"nın braziliyalı müdafiəçisi Antonio Lara Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində "Səbail" üzərində qazanılan qələbədən (1:0) sonra Sportinfo.az-a müsahibə verib.

- Qələbə barədə nələr deyə bilərsən?

- Kubokda əsas istəyimiz irəliləməyə davam etmək idi. Bununla bərabər olaraq rotasiyalar çox idi. Komandada çox oynamayanlara dəqiqələr verməklə vacib bir qələbə əldə etdik.

- Aşağı liqa təmsilçisini daha rahat məğlub etməyə nə mane oldu?

- Düşünürəm ki, təhlükəsiz oyun keçirdik. Oyunu idarə etdik və müdafiədə əziyyət çəkmədik. Bir az daha şanslı olsaydıq daha çox qol vura bilərdik.

- Liqada əsas məqsədiniz yerinizi qorumaqdır, bəs kubokda?

- Hər şey mümkündür, əvvəllər də bu vəziyyətdə olmuşam və mövsümü mənim üçün titulla başa çatıb. Əla komandamız var və mümkün qədər irəliləmək üçün mübarizə aparmağa davam edəcəyik.

- İlk dəfə əsas heyətdə yer aldın...

- Hər gün çox çalışıram və klub üçün əlimdən gələni edirəm. 90 dəqiqə oynamaq xoşdur və müntəzəm olaraq ilk on birlikdə yerimi haqq etmək üçün mübarizə aparacağam.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Noyabr 2025

02 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR