 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Birinci Qarabağ müharibəsi qazisi Sahib İsmayılov Ukraynanın Donetsk şəhərində vəfat edib.
Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, S. İsmayılov ürəktutmadan dünyasını dəyişib. Onun nəşi Azərbaycana gətirilərək doğulduğu Tovuz rayonunun Yuxarı Mülkülü kəndində dəfn edilib.
Qeyd edək ki, Sahib İsmayılov Tovuzun əfsanəvi “Bozqurd” dəstəsinin döyüşçülərindən olub və “Dılım” ləqəbi ilə tanınıb.
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ