İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ın futbolçusuna 4 oyunluq CƏZA

Əvəzedicilər Liqasında çıxış edən "Qarabağ-2" komandasının futbolçusu Nihad Mollayev dörd oyunluq cəzalandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə qərar AFFA-nın İntizam Komitəsinin iclasında qəbul olunub.

Futbolçunun cəzalanmasına Əvəzedicilər Liqasının XXV turunda "Sumqayıt-2" ilə matçda hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Bununla yanaşı, Ağdam təmsilçisi 300 manat cərimələnib.

AFFA "Sumqayıt-2" komandasını da cəzalandırıb. "Qarabağ-2" ilə görüşdə oyun günü planı pozulduğuna görə Sumqayıt təmsilçisi 100 manat ziyana düşüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR