İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ"ı uduzduran hakim niderlandlıların da diqqətini çəkib

"Mən futbol həvəskarı deyiləm. Amma təbii ki, “Qarabağ”ın oynuna biganə qalmaq olmur. Avropa futbol azarkeşləri bu klubun adını artıq yaddaşlarına yazdılar".

Musavat.com xəbər verir ki, bunu Mərkəzi Almaniyada yerləşən Avropa Xəbər Agentliyinin azərbaycanlı əməkdaşı Vüqar Abbasov qeyd edib. 

5354c4f0-9c40-4e9e-815b-770b504b5d48.jpg (73 KB)

Vüqar Abbasov

V.Abbasov bildirib ki, "Qarabağ"ın Bayer 04 Leverkusenlə Bakıda keçirilən görüşündən sonra istər iş yerimdə, istərsə də kənardakı niderlandlı bir çox dost-tanışım mənə "Qarabağ" haqqında xoş sözlər dedilər: "Dünənki oyundan sonra da bir neçə zəng gəldi və əsas münasibət belə idi:

”Qarabağ” 10 nəfərlə, “Bayer 04 Leverkusen” isə 12 nəfələ oynadı.” Hakimin tərəfkeşlik etməsi çoxlarının diqqətini çəkib. Yoxsa “Bayer 04 Leverkusen”in məğlub olacağını xüsusi vurğuladılar. Hər bir halda sevindiricidir ki, Avropadakı futbol azarkeşləri də “Qarabağ”ı güclü bir komanda kimi görməyə başlayıblar. "Qarabağ" təbii ki, bizimdir və "Qarabağ"a hər halda hər zaman sahib çıxmışıq və çıxacağıq". 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR