Onlayn ictimai-siyasi qəzet
"Baş məşqçimiz lazımi tədbiri görəcək".
Bu sözləri "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Araz-Naxçıvan"la oyununda baş vermiş insidentlə əlaqədar Teleqraf-a açıqlamasında deyib.
O, məsələnin klubun baş məşqçisi Qurban Qurbanovun nəzarətində olduğunu bildirib: "Baş məşqçi bununla bağlı açıqlama verib və bütün məsələlər onun səlahiyyətindədir. Klubun futbolçuları da tam olaraq Qurban Qurbanovun nəzarətindədir. Lazım olan nə tədbir varsa, baş məşqçi tərəfindən görüləcək".
Qeyd edək ki, "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşan matçın 83-cü dəqiqəsində bir neçə futbolçunun iştirakı ilə dava olub.
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ