Onlayn ictimai-siyasi qəzet
Yay "transfer pəncərəsi"ndə adı "Qalatasaray"la hallanan oyunçu yenidən "sarı-qırmızılar"ın diqqət mərkəzinə düşüb.
Musavat.com Offsideplus.az-a istinadən bildirir ki, İstanbul nəhəngi bir müddətdir Braziliyanın "Fluminense" klubunda çıxış edən Con Ariasın keçidi üçün danışıqlar aparırdı. Lakin qarşı tərəfin 14 milyon avro tələbində israrlı olması "aslanlar"ın alternativ axtarışlarına başlamasına səbəb olub.
"Takvim"in məlumatına görə, "cim-bom" "Auqsburq"un futbolçusu Ruben Varqas ilə yenidən maraqlanır.
Bu mövsüm komandası ilə 7 matçda meydana çıxan yarımmüdafiəçi 1 qola imza atıb.
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ