İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin seçki qərargahına onlar rəhbərlik edəcək

Dekabrın 18-də yeni prezidentliyə namizədliyi barədə Mərkəzi Seçki Komissiyasına məlumat verən Vladimir Putinin seçki qərargahının həmsədrləri bəlli olub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qondarma “DXR parlamenti”nin rəhbəri, Sparta batalyonunun komandiri Artem Coqa, aktyor Vladimir Maşkov və 52 saylı Moskva Şəhər Xəstəxanasının baş həkimi Maryana Lısenko Putinin seçki qərargahının formal rəhbərləri olacaqlar.

Qəzetin qeyd etdiyi kimi, hər üçü dekabrın 16-da Putinin özünün namizədliyini dəstəkləyən təşəbbüs qrupunun üzvləri sayılırlar. “Kommersant” qəzetinin yazdığına görə, prezident administrasiyası qərara alıb ki, qərargahın həmsədrləri tanınmış şəxslər olmalıdır və cəmiyyətin müxtəlif təbəqələrini təmsil etməlidir.

Prezident Siyasəti Fondunun rəhbəri Mixail Vinoqradovun fikrincə, Putinin kampaniyasının həmsədrləri onsuz da formal təmsilçi rolunu oynayırlar və qərar qəbul etmirlər.

“Bu fiqurlar simvolik xarakter daşıyır, lakin bütün media qurumları onların üzünə açıq olacaq”, - deyə Vinoqradov qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR