İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin məsləhətçisinin qızının ölümündə Ukrayna günahlandırıldı

Rusiya təhlükəsizlik qüvvələri rus ideoloqu və Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Daria Duqinin ölümünü araşdırır.

Musavat.com xəbər verir ki, Rusiya mediası ölümün avtomobilin partlaması nəticəsində baş verdiyini yazır.

Hadisə şahidlərinin sözlərinə görə, Daria Duqinin idarə etdiyi avtomobildə partlayış avtomobilin altında baş verib. Bundan sonra avtomobili alovlara bürünüb, o, yoldan çıxaraq magistral yolun yaxınlığındakı binaya çırpılıb.

UNİAN yazır ki, Rusiyada bəzi təbliğatçılar avtomobilin partladılmasında ukraynalı "millətçilər"i günahkar bilir və bununla bağlı fərziyyəni fəal şəkildə təbliğ edirlər.

Toğrul İSMAYIL
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR