İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya əsgəri Ermənistana sığındı – İrəvan onu təhvil verməkdən İMTİNA ETDİ

Ermənistan polisi Ukrayna müharibəsi başlayandan sonra ölkədən qaçan Rusiya ordusunun keçmiş hərbçisini Moskvaya təhvil verməkdən imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə “Novaya qazeta – Evropa” nəşrinə adının açıqlanmasını istəməyən hüquq müdafiəçiləri məlumat veriblər.

Məlumata görə, söhbət 25 yaşlı Semyon Subbotindən gedir. O, Rusiya Silahlı Qüvvələrinin İvanovo vilayətində yerləşən Raket Qoşunlarında xidmət edib və müharibədə iştirakdan imtina etdiyi üçün ölkəni tərk edib. Subbotin 2024-cü ilin sentyabrında “İdite lesom” adlı hüquq müdafiəsi layihəsinin dəstəyi ilə Rusiyadan qaçıb.

Ermənistana gəldikdən sonra o, qanunsuz miqrant statusunda olub. Rusiya ona qarşı “hərbi hissəni özbaşına tərk etmə” maddəsi ilə cinayət işi açdığı üçün beynəlxalq axtarış elan edib. Bundan başqa, Subbotin həmin vaxt Ermənistana onu təzyiqlə və ya qeyri-qanuni yollarla geri aparmaq istəyən şəxslərin gəldiyini öyrənib. Nəticədə o, Ermənistan polisinə müraciət edib.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, bu halda prosedur işə düşür, Ermənistan polisi Rusiya tərəfini məlumatlandırır, Rusiya isə ekstradisiya üçün sənədlər paketi hazırlayır. Məhkəmə isə ekstradisiya qərarını verir. Lakin Rusiya tərəfi prosedur qaydalarını pozaraq onu aparmağa cəhd göstərib.

Hüquq müdafiəçiləri dərhal Ermənistanın polis və prokurorluq orqanlarına müraciət edərək Subbotinin qaçırılma riski barədə xəbərdarlıq ediblər. 72 saat tamam olduqdan sonra Ermənistan hüquq-mühafizə orqanları onu azad edib və vəkilinin gözlədiyi “Erebuni” polis bölməsinə müşayiət ediblər. Hazırda Subbotin azadlıqdadır.

“Polis əməkdaşları peşəkarlıqla hərəkət edir və Subbotinin qanunsuz şəkildə ölkədən çıxarılmasının qarşısını almağa çalışırlar”, – hüquq müdafiəçiləri qeyd ediblər.

Qeyd olunur ki, Subbotinin Ermənistandan ekstradisiyası hələ də hüquqi baxımdan mümkündür. Rusiya hələ rəsmi sorğu göndərmədiyi üçün proses başlamayıb.

“Əgər Rusiya ekstradisiya ilə bağlı rəsmi sorğu göndərsə, Ermənistanda məhkəmə prosesi başlayacaq. Əvvəlcə həbs-qətimkan tədbiri, sonra isə ekstradisiya ilə bağlı əsas qərar müzakirə olunacaq. Əgər 40 gün ərzində Rusiya bu sorğunu göndərməsə, Ermənistan tərəfi Subbotin barəsində elan olunmuş axtarışı birtərəfli qaydada ləğv edəcək. Bu isə onu göstərir ki, axtarış elan edən ölkə artıq marağını itirib”, – deyə hüquq müdafiəçiləri bildiriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR