İnsanlara hürriyət, millətlərə istiqlal!

“Putinin aşpazı” “İlin adamı” seçildi

Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Layihəsi (OCCRP) Rusiyanın özəl hərbi şirkəti "Vaqner"in təsisçisi və sponsoru Yevgeni Priqojini "mütəşəkkil cinayətkarlıq və korrupsiya" nominasiyası üzrə "İlin adamı" kimi tanıyıb.

Musavat.com xəbər verir ki, "Yevgeni Priqojin bu il öz vətənində bütün qaranlıqların ən bariz təcəssümü oldu. Zorakılıq, həyasızlıq və cəzasızlıq baxımından onunla az adam müqayisə edilə bilər", - deyə təşkilat qeyd edib.

OCCRP 2012-ci ildən bəri korrupsiya və mütəşəkkil cinayətkarlığa görə "İlin adamı" mükafatını verir. 2014-cü ildə Vladimir Putin orada "qalib" olub.

"Vaqner" özəl hərbi şirkəti Suriyada, Afrikada və Ukrayna ilə müharibədə quru əməliyyatlarında iştirak edən Rusiyanın qeyri-rəsmi hərbi birləşməsidir. Şirkətin döyüşçüləri çoxsaylı hərbi cinayətlər, o cümlədən məhkəmədənkənar edamlar törətməkdə şübhəli bilinir. ÖHŞ-nin qurucusu və sponsoru Yevgeni Prigojin onları inkar etmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR