İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə yaxın şəxsləri bir-bir "təmizləyirlər" - Daha bir şübhəli ölüm – Üzeyir Cəfərovla CANLIda

Rusiyada Ukrayna müharibəsi başlayandan bəri Kremlyönümlü şəxslər arasında şübhəli ölüm hallarına yenisi əlavə edilib.

Kremlə yaxın “Kuban” televiziya kanalının baş redaktoru Zoya Konovalovanın Krasnodar şəhərindəki evində ölü tapıldığı barədə xəbər vermişdik. Evdə Konavalovanın keçmiş əri Andrey Qubatiykanın da meyitinin tapıldığı açıqlanıb. Onların ölümü ilə bağlı bəzi detallar bəlli olub. Cəsədlərin ilkin müayinəsi zamanı xəsarət aşkar edilmədiyi və zəhərlənmədən şübhələnildiyi qeyd edilib.

"Kuban" kanalının verdiyi açıqlamada qadının ölüm səbəbinin “naməlum maddədən zəhərlənmə” olduğu bildirilib. Bu xəbərdən sonra narkotik şayiələri gündəmə gəlsə də, onun yaxınları və həmkarları Konovalovanın heç vaxt narkotikdən istifadə etmədiyini iddia ediblər. Qeyd edək ki, bu hadisədən əvvəl Kremlə yaxın qəzetlərdən olan “Komsomolskaya Pravda”nın baş redaktor müavini Anna Tsareva da evində ölü tapılıb. Putinin “Vahid Rusiya” partiyasından olan siyasətçi Vladimir Yeqorov isə üçüncü mərtəbədəki evinin pəncərəsindən yıxılaraq ölüb.
Bu ölümlərin arxasında Ukrayna kəşfiyyatının ola biləcəyi ilə bağlı şayiələr yayılıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR