Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası barədə qanunu imzalayıb.
Musavat.com bu barədə TASS-a istinadən xəbər verir.
Sənəddə qeyd edili ki, müqavilə 2024-cü il iyunun 19-da paytaxt Pxenyanda imzalanıb və oktyabrın 15-də Putin tərəfindən ratifikasiya üçün Dövlət Dumasına təqdim edilib.
Müqaviləyə görə, sənəd Rusiya Federasiyası və KXDR xalqlarının fundamental maraqlarına cavab verir və bu sənəd “sülhün, regional və qlobal təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir”.
Toğrul İSMAYIL,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ