İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin ona şəxsən təşəkkür etdi: "Bunu heç vaxt unutmayacam" - FOTO

Şimali Koreya hökuməti ilk dəfə olaraq Ukrayna cəbhəsində Rusiya ilə yanaşı döyüşmək üçün qoşun yerləşdirdiyini rəsmən təsdiqləyib.

Musavat.com xəbər verir ki,  Koreya İşçi Partiyası Mərkəzi Hərbi Komissiyasından verilən yazılı açıqlamada iki ölkə arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində hərbi personalın göndərildiyi bildirilib.

Bəyanatda hərbçilərin göndərilməsi qərarının ölkə lideri Kim Çen Inın göstərişi ilə verildiyi qeyd olunub: “Əsgərlərimiz Rusiya ərazisini öz vətənləri kimi müdafiə edərək, iki ölkə arasında strateji əməkdaşlığın gücünü nümayiş etdirir”.

Rusiya prezidenti Vladimir Putin Şimali Koreyanın açıqlamasına cavab verib və Moskvanın Pxenyanın köməyini heç vaxt unutmayacağını vurğulayıb. Putin yazılı açıqlamasında Kursk cəbhəsində Ukrayna əsgərləri ilə toqquşan Şimali Koreya əsgərlərinə təşəkkür edib, Rusiya silahlı qüvvələrinin aprelin 26-da Kursk bölgəsində Ukrayna ordusunu məğlub etdiyini diqqətə çatdırıb.

Şimali Koreya əsgərlərinin iki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq əməliyyata qatıldığını bildirən Putin Kim Çen Ina, administrasiyaya və Şimali Koreya vətəndaşlarına minnətdarlığını ifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR