İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin miqrantlarla bağlı daha bir QƏRAR imzaladı - Bundan sonra...

Rusiya Prezidenti Vladimir Putin miqrantlar üçün hərtərəfli imtahan keçirmək hüquq və vəzifələrinin üçüncü şəxslərə verilməsini qadağan edən qanun imzalayıb.

Musavat.com xəbər verir ki, əvvəlki dövrdə üçüncü tərəflər müqavilə əsasında miqrantlara imtahan keçirmək hüququna malik idilər, lakin yeni qanunla bu təcrübəyə son qoyulub.

Yeni qanunla miqrantların Rusiya vətəndaşlığına qəbul olunması və ya ölkədə qalma müddətinin uzadılması üçün tələb olunan imtahanları yalnız müvafiq dövlət orqanları keçirə biləcək. Bununla da, imtahan prosesinin daha şəffaf və düzgün olacağı gözlənilir.

Məlumata görə, bu qərar miqrantların hüquqlarının qorunmasını və imtahanların keyfiyyətini artırmaq məqsədini güdür. Bu dəyişikliklər, həmçinin dövlətin miqrasiya siyasətini daha effektiv şəkildə həyata keçirməsinə xidmət edəcək.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR