Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin iyulda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini bildirib.
Bunu Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla Moskvada baş tutan görüşündə bildirib.
"Sizdən xahiş edirəm ki, prezident Ərdoğana ən xoş arzularımı çatdırasınız. Ümid edirəm ki, yaxın gələcəkdə - məncə, iyulun 3-4-də bildiyimə görə o, Astanada olmalıdır. Onunla görüşmək və bütün cari məsələləri müzakirə etmək imkanımız olacaq", - deyə Putin bildirib.
Qeyd edək ki, iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.//Oxu.az
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ