İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin 8 gün niyə yoxa çıxıb -SENSASİON İDDİALAR

Rusiya prezidenti Vladimir Putin  Donald Trampın xüsusi nümayəndəsi ilə Sankt-Peterburqda görüşdən əvvəl  8 gün ictimai tədbirlərdə görünməyib. Musavat.com xəbər verir ki, bu barədə komp1 saytı yazıb.  “Kremlin saytında dərc olunan xəbərlərin  təhlilinə əsasən, 2025-ci ilin əvvəlindən bəri prezident ikinci dəfədir ki, uzun müddətli  ictimaiyyətin gözündən itib. Əvvəlki üç ildə Putinin iş qrafikində ilk üç ayda belə tez-tez və uzun fasilələr olmayıb. Putin sonuncu dəfə Çinin xarici işlər naziri Vanq Yi və Serb Respublikasının prezidenti Milorad Dodiklə görüşüb” deyə, ən müxtəlif mənbələr bildirib. 

Xəbərə görə, aprelin 1-dən sonra Kreml yalnız əvvəlcədən lentə alınmış kimi görünən görüşlər haqda süjetlər yayıb.  Belə ki, aprelin 1-dən 9-dək Putinin Buryatiyanın rəhbəri Aleksey Tsydenov, Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina, mədəniyyət naziri Olqa Lyubimova, “Aeroflot” şirkətinin rəhbəri Sergey Aleksandrovski, Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla görüşləri haqda Kremlin rəsmi saytda dərc edilib. Bu görüşlərin isə əvvəldən lentə alındığı söylənilir. 

 

Qeyd olunur ki, sonuncu dəfə prezident belə uzun müddətli Yeni il bayramları zamanı ( dekabrın 29-dan yanvarın 8-i daxil olmaqla) görünməyib. Ümumilikdə, ilin əvvəlindən prezident kütləvi tədbirlərdə iştiraka 42 gün həsr edib.  

2024-cü ildə Putin ilin əvvəlində ardıcıl beş gündən çox, 2023-cü ilin əvvəlində kütləvi tədbirlər olmadan ən uzun müddət martın 23-dən 29-a qədər olub, 2022-ci ildə isə Putin yalnız Yeni il tətillərində uzun müddətli ictimaiyyətə görünməyib. 

 “INSIDER-T” Telegram kanalı  isə iddia edirlər ki,  Putin  görünmədiyi günlərdə Soçidə olub, beynəlxalq təmaslara hazırlaşıb.  Digər mənbələr isə iddia edib ki, Putin ABŞ prezidenti Donald Trampın ticarətlə bağlı qərarını şərh etməkdən yayınmaq üçün gizlinə çəkilib. “Putinin dünya bazarlarında qeyri-sabitliyə mənfi münasibəti var, lakin o, hələlik  bilərəkdən qərara sərt münasibət  bildirməkdən  çəkinib", - mənbələrdən biri  qeyd edib.

 Yada salaq ki, aprelin 11-də  Putin və  Trampın Yaxın xüsusi nümayəndəsi Stiv Vitkoffla  4 saatdan çox davam edən qapalı formatda görüş keçirib. Tərəflər Ukraynadakı münaqişənin həlli, Rusiya və ABŞ liderləri arasında mümkün görüşləri müzakirə ediblər.   

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR