İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokurorluq: İnsan qalıqları bir-birinin üzərində basdırılıb 

“Kütləvi məzarlıqlara baxış keçirilərkən aşkar edilmiş insan qalıqlarının mövcud vəziyyətinə əsasən onların bir-birinin üzərində, heç bir fərdiləşmə aparılmadan basdırıldığı müəyyən edilib”.

Musavat.com xəbər verir ki, bunu Baş Prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, “Hərbi əsirlərlə rəftara dair” və “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və “Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair” həmin Konvensiyalara 08 iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəaları kobud surətdə pozulub:

“Bu barədə xüsusilə qeyd etmək istəyirəm ki, müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərinə əsasən, münaqişə tərəflərinin üzərinə cəsədlərin fərdi qaydada dəfn olunması, bundan əvvəl ölümün təsdiq olunması, ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və bu barədə hesabatın hazırlanması öhdəlik kimi qoyulub.

Həmin Konvensiyaya əsasən, münaqişə tərəfləri ölənlərin ləyaqətlə və mümkün qədər mənsub olduqları dinin tələblərinə uyğun şəkildə dəfn edilməsini, həmişə tapıla bilən olması üçün lazımi qaydada qorunmasını və nişanlanmasını təmin etməlidirlər”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR