İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor İlham Rəhimov: "Cinayətin sərhədi yoxdur..."

Bakıda Qara Dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosasiyasının təşkilatçılığı ilə "Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri" mövzusunda beynəlxalq konfrans keçirilir.

Musavat.com xəbər verir ki, hüquq elmləri doktoru, professor İlham Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, konfransda cinayət hüququ ilə bağlı elm adamları toplaşıblar.

Professor qeyd edib ki, konfransın Bakıda keçirilməsi təsadüfi deyil: "Konfrans iştirakçıları bura gəlməyin rahat olduğunu düşünərək Bakıda toplaşmaq istədilər. İkinci məqam isə Prezident İlham Əliyevin dediyi kimi, Bakı beynəlxalq mərkəzə çevrilib. İqtisadiyyat, siyasət, hüquqla bağlı Bakıda müzakirələr keçirilir. Burada 12 dövlətin nümayəndəsi iştirak edir. Hər bir ölkə nümayəndəsi öz ölkəsində cinayətkarlıqla bağlı problemlərə diqqət çəkəcək. Məruzələri ümumiləşdirib tövsiyələr təqdim edəcəyik. Cinayətin nə ölkəsi var, nə də sərhədi var. Ən kiçik ölkələrdə də cinayət var.Cinayət varsa, onunla mübarizə aparmaq lazımdır".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR