İnsanlara hürriyət, millətlərə istiqlal!

Priqojin "şərab qutusunda bomba" ilə öldürülə bilərdi - Şok detallar

"Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus, quyruq nömrəsi RA-02795 olan Embraer ERG 135 təyyarəsi sərnişinlərə təqdim edilən şərab qutusuna görə qəzaya uğraya bilərdi.

Bunu "Sky News"a Böyük Britaniyanın keçmiş kəşfiyyatçısı Kristofer Stil bildirib.

"Əlbəttə, bu, daxili işdir. Bu, şərab qutusunun bombası olmalı idi. Bu, Putinin keçmiş aşpazı üçün bir növ ironik sonluqdur" - o, deyib.

Rusiya mediası da təyyarədə partlayıcının olması versiyasını yayıb. "Shot" teleqram kanalı mənbəyə istinadən yazır ki, təhqiqatın versiyalarından biri eniş şassisi sahəsində partlayışın baş verməsi, nəticədə təyyarənin qanadının qopmasıdır. Ehtimal olunur ki, partlayıcı təzyiqin azaldılması nəticəsində təyyarədə olanların hamısı dərhal huşunu itirib, buna görə pilotlar nə baş verdiyini bildirə bilməyiblər. İddialara görə, bu səbəbdən təyyarənin quyruq hissəsi gövdənin beş kilometrliyində tapılıb.

Qeyd edək ki, avqustun 23-də Rusiya Federasiyasının Tver vilayətində "Vaqner" rəhbəri Yevgeni Priqojinin təyyarəsi göyərtəsində 10 nəfərlə qəzaya uğrayıb. Rəsmi məlumata görə, onların hamısı həlak olub.

Təyyarə qəzasının dəqiq nədən ibarət olması ilə bağlı bir sıra versiyalar səsləndirilib. Bunlar mühərrik problemlərindən tutmuş təyyarənin yer-hava raketi ilə vurulmasına qədərdir.

Xüsusilə, uçuşdan əvvəl bortun "qısamüddətli və anlaşılmaz təmirə" göndərildiyi barədə məlumatlar var idi. “Financial Times” Qərb rəsmisinə istinadən yazıb ki, Priqojinin təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub./Redaktor.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR