İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident Trampla telefon danışığında hansı mesajı vermişdi - Yeni administrasiyadan Azərbaycanla siyasətə dair gözlənti

Son günlər ABŞ-nin Azərbaycandakı səfirliyinin, xüsusilə sosial media hesabları vasitəsilə əsassız iddiaları diplomatik münasibətlərdə gərginlik yaradıb. İndiki mərhələdə, ABŞ-də Trampın yenidən hakimiyyətə gəlməsinə az qalmış, bu iddialar birmənalı qarşılanmır. Görünür, Bayden administrasiyası son şanslarını istifadə etməyə çalışır. Bu ölkənin Azərbaycandakı diplomatik nümayəndəliyi medianın açıq suallarına qeyri-diplomatik cavablar verməklə nəyə nail olmağa çalışır?

Bir aydan sonra ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayacaq. Gözləntilər Tramp administrasiyasının münasibətlərə yeni yanaşma göstərməsidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampı yenidən seçilməsi münasibətilə təbrik edərkən onun fəaliyyətinin dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacağına inamını ifadə etmişdi. Ölkə başçısı xatırlatmışdı ki, Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq möhkəmlənmişdi. Dövlət başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvar olduğunu bildirmişdi.

Ayxan Hacızadə: Azərbaycanın Qarabağ bölgəsində mədəni irslə bağlı iddialar  Fransanın qərəzinin nümunəsidir - Şafaqna Azərbaycanca

Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial media hesablarındakı son paylaşımlarına lazımi cavabı verib. XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "X" də yazıb:

"ABŞ-nin Azərbaycandakı səfirliyinin bu və əvvəlki təxribat xarakterli şərhlərini ümumiləşdirsək, özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən ABŞ tərəfinin media azadlığına qarşı dözümsüzlüyü heyrət doğurur.

Görünür, ABŞ-nin indiki administrasiyası bütün vasitələrlə xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür, xəyali və mifik iddialar üzərində dayanır”, - A.Hacızadə əlavə edib.

9b7dc06b-4a20-4057-9770-d0314e2be523.jpeg (85 KB)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair mətbuat konfransında Musavat.com-un ABŞ-Azərbaycan münasibətlərinə dair sualını belə cavablandırıb:

“ABŞ-Azərbaycan münasibətləri ötən əsrin 90-cı illərində inkişafda olub. Xatırlatmaq istərdim ki, ABŞ önəmli enerji layihələrinin dəstəkçilərindən biri olub. Obama administrasiyası dövründə isə münasibətlər tənəzzülə uğramağa başladı. Bütün bu illər ərzində erməni lobbisi faktoru olub. Hətta 1992-ci ildə torpaqlarımız işğal altında olanda 907-ci düzəliş qəbul edilmişdi. Bu, ABŞ-nin münaqişəyə dair münasibətinin göstəricisi idi. Bu illər ərzində Respublikaçılarla münasibətlərimiz konstruktiv olub. ABŞ-nin yeni seçilmiş prezidentinin, Donald Tramp administrasiyasının Azərbaycana münasibətlərinə dair müsbət gözləntilərimiz var. Sadəcə, inaqurasiyadan sonra münasibətlərin qısa müddətdə dəyişməsini gözləməməliyik. Bəzi məsələlər yalnız Trampdan asılı deyil, ABŞ-də oturuşmuş institutlar var. Kimin prezident olmasından asılı olmayaraq, bu institutlar öz fəaliyyətini davam etdirir. Buna hazır olmaq lazımdır. 2025-ci ildə də, 2026-cı ildə də Azərbaycana qarşı qərəzli münasibət davam edəcək”.

F.Şəfiyev sonda qeyd edib ki, ABŞ-nin Azərbaycandakı səfirliyi etik qaydalara riayət etməlidir.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR