Onlayn ictimai-siyasi qəzet
Avropa Parlamentinin Polşadan olan üzvü Mixal Şerba Gürcüstanda parlament seçkilərinin yenidən üstəlik “beynəlxalq ictimaiyyətin iştirakı ilə” keçirilməsinə çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə o, yerli RMF FM radiostansiyasının efirində danışıb.
“Mən çox açıq şəkildə demək istəyirəm: Gürcüstanda bu seçkilər beynəlxalq ictimaiyyətin iştirakı ilə təkrarlanmalıdır”, - deyə Mixal Şerba qeyd edib.
Şerbanın sözlərinə görə, Gürcüstandakı seçkilərin nəticələri vətəndaşların Avropa İttifaqı və NATO-ya üzvlüyünə marağının azaldığını göstərir.
“Gürcüstanda son illərdə müşahidə etdiyimiz məqam Aİ və NATO-ya doğru marağın azalmasıdır. Hakimiyyət orqanlarının açıqlamalarına baxmayaraq, faktlar tamamilə fərqli idi”, - deyə polşalı deputat bildirib.
Qeyd edək ki, bundan öncə parlamentin Avropaya inteqrasiya komitəsinin sədri Maka Boçorişvili Gürcüstan parlamentinə seçkilərin nəticələrinə şübhə yaradacaq faktların olmadığını bəyan edib.
ABŞ dövlət katibi Antoni Blinken isə Gürcüstanda parlament seçkilərində mümkün pozuntularla bağlı məlumatların hərtərəfli araşdırılmasına çağırıb.
Son nəticələrə görə, hakim “Gürcü Arzusu” partiyası 150 deputat mandatından 89-nu alıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ