İnsanlara hürriyət, millətlərə istiqlal!

Piyadanı öldürdü, maşını aşırıb qaçdı

Beyləqan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

DİN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, iyulun 21-də saat 1 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Kənan Mehdixanlını vurub və sonra avtomobili aşıraraq hadisə yerini tərk edib. Nəticədə piyada hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Bünyadlı kənd sakini Q.Məmmədov müəyyən edilərək saxlanılıb.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR