Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkian yanvarın 17-də Moskvaya səfər edəcək.
Musavat.com xəbər verir ki, məlumatı İranın Rusiyadakı səfiri Kazem Cəlali diplomatik missiyanın Telegram açıqlayıb.
Bildirilir ki, səfər zamanı iki ölkə arasında əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır.
Diplomat qeyd edib ki, Pezeşkiyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü səfərin əsas hadisəsi olacaq.
Xatırladaq ki, bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya və İran prezident Məsud Pezeşkiyanın Moskvaya səfərinin tarixini tezliklə razılaşdıracaqlarını açıqlamışdı.
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ