İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan Qriqoryana CAVAB: təxribatdır...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurası katibinin bəyanatlarını təxribat xarakterli hesab edir.

Musavat.com xəbər verir ki, bununla bağlı Kremlin sözçüsü erməni mətbuatına açıqlamalar verib.

“Belə bəyanatlar təxribat kimi qiymətləndirilə bilər. Onlar doğru deyil. Rusiya rəsmilərindən heç biri bunu deməyib və kimsə vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb”, - deyə Peskov söyləyib.

Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli İctimai Televiziyaya müsahibəsində Rusiyanın Ermənistanı İttifaq dövlətinə qoşulmağa məcbur etmək üçün təzyiqlər göstərdiyini demişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR